Rusiya prezidenti Vladimir Putin daşqınlar səbəbindən fövqəladə vəziyyətin elan edildiyi İrkutsk vilayətinə yollanıb.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, ölkə lideri Bratsk şəhərində dayanıb.
Bildirilir ki, Putin şəhər aeroportunda təcili iclas çağırıb və burada yerli idarəetmə orqanlarını qəbul edərək öz tapşırıqlarını verib.
Federal qurumların rəhbərləri daşqın bölgələrindəki vəziyyət barədə prezidentə məlumat verib və yaranmış böhranın aradan qaldırılması yollarını müzakirə ediblər.