Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsi sədrinin müavini, Baş Hərbi İstintaq İdarəsinin rəisi Aleksandr Soroçkini vəzifədən və hərbi xidmətdən uzaqlaşdırıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq sənəd hüquqi məlumat portalında dərc edilib.
“Ədliyyə general-polkovniki Soroçkin Aleksandr Sergeyeviç RF İK sədrinin müavini – Baş Hərbi İstintaq İdarəsinin rəisi vəzifəsindən azad edilərək hərbi xidmətdən kənarlaşdırılsın”, - sənəddə belə deyilir.