• DÜNYA

    16:04 14 iyun 2020

Putin ilk dəfə ABŞ-dakı iğtişaşlara münasibət bildirib

Rusiya prezidenti Vladimri Putin ilk dəfə ABŞ-dakı iğtişaşlara münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin “Moskva. Kreml.Putin” verilişinə müsahibəsində baş verənləri hansısa dərin daxili böhranların təzahürü adlandırıb.

Rusiya Prezidenti deyib ki, ABŞ-da və ya digər ölkələrdə baş verənləri çox səliqəli şərh etməyə və ya ən yaxşısı, şərh etməməyə çalışır: “ABŞ-da baş verənlər hansı dərin daxili böhranların təzahürüdür. Əslində, biz bunu uzun müddətdir ki, müşahidə edirik. Hazırki Prezident seçkilərdə demokratik yolla qalib gəldi, ancaq hakimiyyətə gəldiyi andan qanuniliyini şübhə altına almaq üçün məğlub tərəf hər cür uydurma məsələlər ortaya atdı"

Rusiya lideri ABŞ-da bəzi ştatların qubernatorlarının Donald Trampın əmrlərinə reaksiyasından da təəccübləndiyini vurğulayıb: "Demokratiya nədir? Xalqın gücüdür. Əgər xalq ali qurumları seçərsə, xalqın etimadını qazanan ali orqanlar icra orqanlarının işini ölkə əhalisinin böyük əksəriyyətinin maraqlarını təmin edəcək şəkildə qurmaq hüququna malikdirlər. Prezident deyir ki, "biz belə etməliyik", yerlərdə qubernatorlar isə deyirlər ki, "get, işinlə məşğul ol" .

ONA

Teqlər:

SON XƏBƏRLƏR