Putin: "Türkiyəyə hərbi yönümlü malların çatdırılması üzrə layihələr gündəmdədir"
  • DÜNYA

  • 18:08 08 Aprel 2019

Putin: "Türkiyəyə hərbi yönümlü malların çatdırılması üzrə layihələr gündəmdədir"

“S-400” zenit raket sistemindən başqa Rusiyadan Türkiyəyə digər hərbi yönümlü malların çatdırılması üzrə layihələr gündəmdədir".

ONA xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi görüşdə deyib. 

“Ölkələrimiz qarşısında həmçinin hərbi-texniki sahədə əməkdaşlığın gücləndirilməsi məsələsi dayanır. İlk növbədə “S-400” zenit raket komplekslərinin çatdırılması üzrə müqavilənin həyata keçirilməsi yekunlaşmalıdır. Həmçinin gündəmdə digər perspektivli layihələr-Türkiyəyə hərbi məqsədlər üçün nəzərdə tutulmuş müasir Rusiya məhsulların çatdırılması dayanır", - deyə V.Putin vurğulayıb. 
 

Rəna Ağayeva

Teqlər: Vladimir Putin Rusiya Türkiyə "S-400"

OXŞAR XƏBƏRLƏR