• DÜNYA

    16:22 9 oktyabr 2022

Putin sabah Təhlükəsizlik Şurasının müşavirəsini keçirəcək

Rusiya Prezidenti Vladimir Putin sabah Təhlükəsizlik Şurasının müşavirəsini keçirəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Vladimir Putinin bazar ertəsi Təhlükəsizlik Şurasının üzvləri ilə görüş keçirəcəyini söyləyib: "Gələn iş həftəsi üçün digər tədbirlər - enerji forumu və seçilmiş regionların rəhbərləri ilə görüş də nəzərdə tutulub. Bundan əlavə, Putin MDB və Rusiya-Mərkəzi Asiya liderlərinin sammitlərinin planlaşdırıldığı Astanaya səfər edəcək".

ONA

Teqlər:

SON XƏBƏRLƏR