• DÜNYA

    17:31 23 aprel 2019

Putin və Kim Çen In aprelin 25-də Vladivostokda görüşəcəklər

Rusiya prezidenti Vadimir Putin Şimali Koreya lideri Kim Çen Inla aprelin 25-də Vladivostokda görüşəcək.

ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov məlumat verib.

O bildirib ki, bu, iki lider arasında keçiriləcək ilk görüş olacaq. Görüş əvvəlcə ikitərəfli formatda keçiriləcək, daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektləri, siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq müzakirə olunacaq. Əsas diqqət Koreya yarımadasının nüvə probleminin həlli məsələsinə yönələcək.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR