Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Yaponiyada keçiriləcək G20 sammiti çərçivəsində görüşü gözlənilmir.
ONA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu günədək görüş planlaşdırılmayıb və bu barədə heç bir müzakirə aparılmır", -deyə Peskov bildirib.
Qeyd edək ki, iyunun 28-29-da Yaponiyanın Osaka şəhərində Böyük 20-liyə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcək.