Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığı zamanı ölkə başçıları iki ölkə arasında əsir və girovların mübadiləsinə müsbət qiymət veriblər. Hər şeydən öncə bu aksiyanın humanitar aspekti önə çəkilərək, ikitərəfli münasibətlərin sağlamlaşdırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Putin və Zelenski Donbass problemini də müzakirə ediblər. Atəşkəs rejiminə riayət olunmasının vacibliyi qeyd olunub .