• DÜNYA

    16:20 29 aprel 2019

Putin Zelenskiyə Saakaşviliyə Ukrayna pasportunu geri qaytarmağı məsləhət görüb

Rusiya prezidenti Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskiyə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə Ukrayna pasportunu geri qaytarmağı məsləhət görüb.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vladimir Putin ukraynalı həmkarına azadlıqlarla bağlı Rusiyadan başlamamağı tövsiyə edib: "Bu mənada Rusiyadan, rusiyalılardan deyil, elə gürcülərdən və ya keçmiş gürcüdən başlamaq daha yaxşı olar. Misal üçün, keçmişdə gürcü olan, bu gün isə özünü ukraynalı hesab edən Mixeil Saakaşviliyə Ukrayna pasportunun qaytarılması ədalətli olardı".

Putinin sözlərinə görə, M. Saakaşvili qanunsuz olaraq vətəndaşlıqdan məhrum edilib və ölkədən qanunsuz çıxarılıb: "Bu günki Ukrayna rejiminin təqiblərindən qaçaraq ölkəni tərk etmək məcburiyyətində qalan bir sıra Ukrayna vətəndaşları kimi onu da geri qaytarmaq və pozulmuş hüquqlarını bərpa etmək lazımdır".

Qeyd edək ki, Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski Rusiya vətəndaşlarına Ukrayna pasportunu almaq prosedurunu sadələşdirəcəyini bəyan edib.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR