• DÜNYA

    02:06 23 aprel 2019

Pxenyan: Kim Çen Inın Rusiyaya səfəri Vladimir Putinin dəvəti ilə həyata keçirilir

KXDR-in Dövlət Şurasının sədri Kim Çen In yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparması üçün bu ölkəyə səfər edəcək.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bildirilir ki, Şimali Koreya liderinin səfəri Rusiya prezidentinin dəvəti ilə baş tutur.

İki ölkə rəhbərinin görüşünün vaxtı və yeri barədə KXDR-in rəsmi agentliyi hələlik bir məlumat verməyib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR