Pyotr Poroşenko debatlara hazır olduğunu bəyan edib
  • DÜNYA

  • 03:48 02 Aprel 2019

Pyotr Poroşenko debatlara hazır olduğunu bəyan edib

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda iştirak edəcək hazırkı prezident Pyotr Poroşenko rəqibi Vladimir Zelenski ilə debatlarda iştirak etməyə hazırdır.

ONA-nın xəbərinə görə, bunu Pyotr Poroşenko blokunun Radada fraksiya rəhbəri Artur Gerasimov deyib. 

Onun sözlərinə görə, Pyotr Poroşenko professional şəkildə ölkədə görülən işlər və gələcək perspektivləri Vladimir Zelenski ilə müzakirə etməyə hazırdır.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.

Aprelin 21-də keçiriləcək seçkilərin ikinci turunda Pyotr Poroşenko və Vladimir Zelenski iştirak edəcək.  
 

OXŞAR XƏBƏRLƏR