“ABŞ-la müzakirəyə getmək düşmən qarşısında təslim olmaq deməkdir və biz buna boyun əyməyəcəyik”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-mayor Qasim Süleymani Milli Komandirlər Gününə həsr olunmuş tədbirdə çıxışında deyib.
Q.Süleymani bildirib ki, bu gün ABŞ İrana təzyiq göstərməklə müzakirələrə çəkmək istəyir: “Bu müzakirələri qəbul etmək təslim olmaq deməkdir. Əgər çalışsaq, müqavimət göstərsək, düşmənlərimizi iqtisadi sahədə yenidən məyus və təslim edərik”.
Qeyd edək ki, ABŞ bir müddət öncə İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) xarici terrorçular siyahısına daxil edib.