İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds briqadasının komandiri Qasim Süleymaninin rəsmi "İnstagram" səhifəsi bağlanıb.
ONA-nın Tehran bürosunun məlumaıtna görə, hesab bu gün bağlanıb, lakin İran KİV-ləri general Qasim Süleymaninin adına yeni instaqram səhifəsinin açıldığını qeyd ediblər.
İnstaqram hesabının bağlanma səbəbi bilinməsə də, bəzi mətbuat orqanları buna SEPAH-ın adının ABŞ tərəfindən “beynəlxalq terror təşkilatı” siyahısına daxil edilməsinin səbəb olduğunu yazıb.
Qeyd edək ki, Q.Süleymaninin bağlanmış hesabını 1 milyondan çox insan izləyirdi.
Xatırladaq ki, bundan öncə də Q.Süleymaninin səhifəsi 5 dəfə bağlanıb və yeni hesablar açılıb.
Süleyman Fərzəliyev