• DÜNYA

    20:38 18 iyun 2020

Qatar Rusiyanın Əməkdar artistini vuraraq öldürüb

Moskvanın “Javoronki” dəmir yolu stansiyası ərazisində qatar Rusiyanın Əməkdar artisti 1941-ci il təvəllüdlü Qalina Daşevskayanı vurub öldürüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Moskva Regionlararası Nəqliyyat İstintaq İdarəsi rəhbərinin böyük köməkçisi Yelena Markovskaya bildirib.

Hadisənin araşdırıldığını deyən Markovskayanın sözlərinə görə, qəza bu gün, saat 12.06-da baş verib.

İlkin məlumata görə, aktrisa dəmir yolunun keçidində “qadağanedici siqnal”a məhəl qoymayaraq yoluna davam edərkən qatar onu vurub. Aktrisa hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Q.Daşevskaya "Çölün ağ günəşi" filmindək oynadığı obrazla daha çox tanınır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR