• DÜNYA

    08:29 7 may 2020

Qax sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

Qaxda 29 yaşlı kişi həmkəndlisi tərəfindən döyülüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saat 22:00 radələrində rayonun Əlibəyli kənd sakini, 1991-ci il təvəllüdlü Vaxtanqi Canaşvili bədəninin yumşaq toxumalarının əziyi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı Vaxtanqi Canaşvili qonşusu tərəfindən döyüldüyünü bildirib. Vaxtanqi Canaşvilinin müayinə və müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR