• DÜNYA

    13:22 15 dekabr 2019

Qazaxıstan Baş Prokurorluğu icazəsiz aksiya barədə xəbərdarlıq edib

Qazaxıstan Baş prokurorunun müavini Bulat Dyembayev ölkə vətəndaşlarını Müstəqillik Gününün qeyd ediləcəyi 16 dekabrda icazəsiz aksiyalarda iştirakdan çəkinməyə çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, B.Dyembayev deyib ki, xüsusən xaricdə yaşayan bəzi şəxslər sosial şəbəkələr vasitəsi ilə insanları Müstəqilik Günündə qanunsuz aksiyalarda iştirak etməyə çağırır.

Baş prokurorun müavini icazəsiz aksiyada iştirak edənlərin inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib.

Qeyd edək ki, 9 iyun 2019-cu ildə keçirilən prezident seçkilərindən sonra Qazaxıstanda bir neçə icazəsiz aksiya keçirilib. Qazaxıstan Daxili İşlər Nazirliyi icazəsiz aksiyaları məhkəmənin fəaliyyətini qadağan etdiyi ekstremist “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının təşkil etdiyini açıqlayıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR