• DÜNYA

    16:00 9 iyun 2019

Qazaxıstan paytaxtında etiraz aksiyası keçirilib

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzində etiraz aksiyası keçirilib.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, aksiyaçılar Qazaxıstanda ədalətli Prezident seçkilərinin keçirilməsi tələb ediblər.

Aksiyaçılar "Boykot!", "Qazaxıstan!" və digər şüarlar səsləndiriblər. Aksiyanın keçirildiyi küçə polis tərəfindən tamamilə bağlanıb. Polis icazəsiz aksiyada iştirak edənləri saxlamağa başlayıb.

Hüquq-mühafizə orqanları hələlik hadisəyə rəsmi münasibət bildirməyib.

Qeyd edək ki, bundan əvvəl Qazaxıstanda qadağan edilmiş DVK Hərəkatı sosial şəbəkələrdə insanları Prezident seçkisi keçiriləcək gün küçələrə çıxmağa çağırmışdı.

Xatırladaq ki, bu gün Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçirilir. Prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı Prezident Kasım-Jomart Tokayevdir. "Ak Jol" demokratik partiyasından isə prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır. Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdur.

Qazaxıstan Konstitusiyasına əsasən, ölkə Prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR