• DÜNYA

    14:18 20 mart 2019

Qazaxıstan prezidenti Astananın Nursultan adlandırılmasını təklif edib

Bu gün səlahiyyətlərinin icrasına başlayan Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev paytaxt Astananın Nursultan adlandırılmasını təklif edib.

ONA-nın “Sputnik Kazaxstan”-a istinadən verdiyi məlumata görə, parlamentdə andiçmə mərasimindən sonra çıxış edən K. J. Tokayev deyib ki, Astana mütləq Nursultan adlandırılmalıdır.

Qazaxıstan prezidenti qeyd edib ki, Nursultan Nazarbayevin qazax xalqı qarşısında böyük xidmətləri var: “Qazaxıstan Nursultan Nazarbayevin sayəsində Mərkəzi Avropa da daxil olmaqla, postsosialist məkanının liderinə çevrilib. Bütün vilayət şəhərlərində mərkəzi küçələr Nursultan Nazarbayevin adını daşımalı, o, Qazaxıstan Xalq Qəhrəmanı adı ilə təltif olunmalıdır. Nursultan Nazarbayevə fəxri senator statusunun verilməsini də təklif edirəm”.

K. J. Tokayevin təklifləri parlamentdə alqışlarla qarşılanıb.

Qeyd edək ki, Nursultan Nazarbayev dünən prezident postundan istefa verdiyini bəyan edib. Bununla belə, N. Nazarbayev Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının sədri postunda qalır, Konstitusiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR