• DÜNYA

    13:08 28 mart 2019

Qazaxıstanın yeni prezidenti ilk xarici səfərini Rusiyaya edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilk xarici səfərini Rusiyaya edəcək.

ONA xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Səfər aprelin 3-də baş tutacaq. “Dövlət başçısının proqramının əsas hissəsini Rusiya prezidenti Vladimir Putinlə danışıqlar təşkil edəcək. Liderlərin görüşü zaman siyasi, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlıq, həmçinin regional və beynəlxalq məsələlər müzakirə olunacaq” - deyə mətbuat xidmətinin məlumatında qeyd edilir.

Bildirilir ki, səfərin yekununda bir sıra ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR