Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiyaya rəsmi səfər edib.
ONA TASS-a istinadən xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutub.
Bildirilir ki, bu, yeni prezidentin ilk xarici səfəridir. Məlumata görə, K.J.Tokayevi Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin, Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetov, Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin və Rusiya Xarici İşlər Nazirliyinin Dövlət Protokol Şöbəsinin rəhbəri İqor Boqdaşov qarşılayıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində iki ölkə lideri ikitərəfli münasibətləri, Avrasiya məkanında inteqrasiya proseslərinin dərinləşdirilməsi perspektivlərini və regional məsələləri müzakirə edəcək.