• DÜNYA

    19:19 9 iyun 2019

Qazaxıstanda prezident seçkiləri başa çatıb - YENİLƏNİB

Qazaxıstanın bütün ərazisində prezident seçkiləri başa çatıb.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 21.00-da Qərbi Qazaxıstan, Atıraus, Aktyubin və Manqistau vilayətlərində də seçki məntəqələri bağlanıb.

Qazaxıstanın digər vilayətlərində səsvermə yerli vaxtla saat 20.00-da başa çatıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 20.00-a seçici fəallığı 77 faiz olub.

***

saat 18.24

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 20.00-da ölkənin vilayətlərinin əksəriyyətində başa çatıb.

ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Qərbi Qazaxıstan, Atıraus, Aktyubin və Manqistau vilayətlərində isə seçki məntəqələri bir saat gec bağlanacaq.

Yerli vaxtla saat 18.00-a seçici fəallığı 72,9 faiz təşkail edib. Bu, 20015-ci illə müqayisədə aşağıdır. 2015-ci ildə seçici fəallığı 95,22 faiz olub.

Qeyd edək ki, bu gün Qazaxıstanda növbədənkənar Prezident seçkiləri keçirilir. Prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. Nursultan Nazarbayevin rəhbərlik etdiyi "Nur Otan" partiyasından namizəd hazırkı Prezident Kasım-Jomart Tokayevdir. "Ak Jol" demokratik partiyasından isə prezidentliyə namizəd parlamentin deputatı Daniya Espaevadır. O, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizəd kimi qeydə alınmış ölkədə ilk qadındır. Namizədlər arasında bir nəfər də jurnalist var. Bu, “Ult Taqdırı” milli-vətənpərvərlik hərəkatından Amirjan Kosanovdur.

Qazaxıstan Konstitusiyasına əsasən, ölkə Prezidenti 5 il müddətinə gizli səsvermə yolu ilə seçilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR