• DÜNYA

    06:28 5 iyul 2020

Qazaxıstanda koronavirusla əlaqədar 14 günlük əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edilib


Qazaxıstan hökuməti koronavirusla mübarizə çərçivəsində 5 iyul saat 00.00-dan etibarən ölkədə əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi barədə qərar verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilkin olaraq 14 gün müddətində qüvvədə olacaq.

Koronavirusla əlaqədar yaradılmış Dövlət Komissiyası tərəfindən kütləvi idman və digər ictimai tədbirlərə qadağa qoyulub. Həmçinin gözəllik salonları, fitnes mərkəzləri, mədəniyyət obyektləri işləməyəcək, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Lakin bölgələrarası təyyarə uçuşları davam edəcək.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR