• DÜNYA

    10:53 25 mart 2019

Qazaxıstanda neft yatağında yanğın olub

Qazaxıstanın Manqistau əyalətində neft yatağında yanğın baş verib.

ONA xəbər verir ki, bu barədə “RİA Novosti” Qazaxıstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədova istinadən məlumat yayıb.

Bildirilir ki, yanğın səhər saatlarında quyulardan birində başlayıb. Alovun hündürlüyü 10 metrə çatıb. 900 kv.m. sahəni əhatə edən yanğın zamanı ölən və ya xəsarət alan olmayıb.

Hazırda hadisə yerində yanğınsöndürənlər çalışır.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR