• DÜNYA

    19:23 19 mart 2023

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb

Qazaxıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

ONA-nın xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da ölkənin bütün ərazisində səsvermənin başa çatdığını açıqlayıb.

Seçki məntəqələrinin ölkənin 15 regionunda bağlandığı zaman seçici fəallığı 54,09 faiz olub. Digər regionlarda saat qurşağına əsasən, seçki məntəqələri 1 saat gec bağlanıb.

Qazaxıstan MSK növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini yerli vaxtla saat 22.00-da açıqlayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR