Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədən qanunsuz çıxarılan aktivlərin geri qaytarılması üçün idarələrarası komissiyanın yaradılması barədə sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Komissiyaya Baş prokukuror rəhbərlik edəcək. Komissiya Qazaxıstan vətəndaşlarının ölkədən qanunsuz çıxardığı maliyyə vəsaitlərinin qaytarılması istiqamətində kompleks tədbirlər həyata keçirəcək.
Qazaxıstan Prezidenti Komissiyanın fəaliyyətinə şəxsən nəzarət etmək niyyətindədir.