Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub, 2 nəfər ölüb, 9 nəfər yaralanıb
  • DÜNYA

  • 19:17 15 Sentyabr 2019

Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub, 2 nəfər ölüb, 9 nəfər yaralanıb

Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub.

ONA-nın “sputniknews.kz” portalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.

Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

OXŞAR XƏBƏRLƏR