Qazaxıstanın Taraz şəhərində yaşayış binasında partlayış baş verib.
ONA-nın Qazaxıstan mediasına istinadən xəbərinə görə, partlayış nəticəsində 3 nəfər ölüb.
Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov bildirib ki, hadisəyə qaz sızması səbəb olub. Binanın 300 sakini təxliyə edilib. İkinci mərtəbədə baş verən partlayış nəticəsində birinci və üçüncü mərtəbələrdə çökmə yaranıb.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev partlayış zamanı həlak olanların ailələrinə baş sağlığı verib. Onun göstərişi əsasında fövqəladə hadisə ilə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri hadisə yerinə yollanıblar. Hadisə ilə bağlı araşdırma aparılır.