• DÜNYA

    12:12 29 may 2022

Qazaxıstanın sabiq mədəniyyət və idman naziri həbs olunub

Məhkəmə dünən saxlanılan Qazaxıstanın sabiq mədəniyyət və idman naziri, hazırda Qazaxıstan Milli Muzeyinin direktoru olan Arıstanbek Məhəmmədiulı barəsində bu gün həbs-qətimkan tədbiri seçib.

ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Antikorrupsiya Xidməti məlumat yayıb.

Sabiq nazir büdcə vəsaitlərini (336 min dollar) mənimsəməkdə təqsirli sayılır.

Qeyd edək ki, 2014-2019-cu illərdə mədəniyyət və idman naziri olmuş Arıstanbek Məhəmmədiulı 2019-cu ilin iyununda Milli Muzeyin direktoru təyin olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR