• DÜNYA

    12:54 20 mart 2019

Qazaxıstanın yeni prezidenti səlahiyyətlərinin icrasına başlayıb

Bu gün Kasım-Jomart Tokayev parlamentdə and içib və Qazaxıstan prezidenti kimi səlahiyyətlərinin icrasına başlayıb.

ONA-nın “Sputnik Kazaxstan”-a istinadən verdiyi məlumata görə, K. J. Tokayev 2020-ci ildə keçiriləcək növbəti seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Nursultan Nazarbayev dünən prezident postundan istefa verdiyini bəyan edib. Bununla belə, N. Nazarbayev Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının sədri postunda qalır, Konstitusiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri Senatın sədri Kasım-Jomart Tokayevə keçib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR