• DÜNYA

    10:42 5 aprel 2019

Qəddafinin keçmiş əsgərlərindən ibarət ordu Tripoliyə daxil olmaq üzrədir

Liviyanın keçmiş prezidenti Müəmmar Qəddafinin əsgərlərindən ibarət Liviya Milli Ordusu Xəlifə Xəftarın rəhbərliyi ilə paytaxt Tripoliyə daxil olmaq üzrədir.

ONA-nın məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb. Bildirilir ki, ərəb dövlətləri tərəfindən dəstək qazanmış ordu lideri “Tripolini azad etmək əməliyyatı” adı altında mövcud hakimiyyəti devirmək niyyətindədir. Hazırda Liviyada hakimiyyət uğrunda mübarizənin gücləndiyi deyilir. Paytaxtı mühasirəyə almaq istəyən Xəftar ordusu cənub və qərbdən daxil olaraq Tripolinin 80 km cənubunda yerləşən Qaryan şəhərini zəbt edib. Qaryan şəhərinin strateji əhəmiyyət daşıdığı deyilir və Liviya Milli Ordusu üçün bazaya çevrilə biləcəyi ehtimal edilir. Eyni zamanda Liviyada qanuni hökuməti müdafiə qrupları formalaşır.

Qeyd edək ki, Xəftar 2014-cü ildə Müəmmar Qəddafinin keçmiş əsgərlərini bir araya toplayaraq 2017-ci ildə Benqazi şəhərini zəbt edib. Tərəfdarları onu “yeni Müəmmar” adlandırır.

Hadisə ilə bağlı bu gün BMT TŞ-nin fövqəladə toplantısı keçiriləcək. Həmçinin BMT baş katibi Antonio Quttereşin Xəftarla şəxsən görüşmək istədiyinə dair məlumatlar yayılıb.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Şərqdə Tobruk şəhərinə parlament, qərbdə Tripoli şəhərinə isə milli razılıq hökuməti rəhbərlik edir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR