Qəzaya səbəb olan yük avtomobilinin sürücüsü hadisə yerindən qaçdı - [color=red]FOTO[/color]
  • DÜNYA

  • 04:23 07 Sentyabr 2019

Qəzaya səbəb olan yük avtomobilinin sürücüsü hadisə yerindən qaçdı - FOTO


Qaradağ rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Sahil qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.
Belə ki, “Mercedes” markalı avtomobili idarə edən Eyvaz Ağayev magistral yolda dayanan Kamaz markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində sürücü E.Ağayev və qadın sərnişin ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib. Məlum olub ki, yolda dayanan yük avtomobilinin sürücüsü hadisə yerindən qaçıb.
Avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR