Qəzza bölgəsində növbəti toqquşmalarda 300-dən çox fələstinli yaralanıb, ölənlər var
  • DÜNYA

  • 01:27 31 Mart 2019

Qəzza bölgəsində növbəti toqquşmalarda 300-dən çox fələstinli yaralanıb, ölənlər var

Qəzza zolağında fələstinlilərlə İsrail hərbçiləri arasında baş vermiş toqquşmada 4 nəfər ölüb, 316 nəfər yaralanıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölən fələstinlilərdən üçü 17, biri isə 20 yaşlarında olub. Xəsarət alanların arasında isə 24 nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, şənbə günü minlərlə fələstinli İsrail dövləti ilə sərhəddə toplaşaraq, “Qayıdış yürüşü”nün ildönümü aksiyasında iştirak edib.

Sərxan Kamallı

Teqlər: İsrail Fələstin Qəzza Həmas

OXŞAR XƏBƏRLƏR