• DÜNYA

    01:48 25 may 2019

Qəzza bölgəsindəki növbəti toqquşmalarda 16 fələstinli yaralanıb

Qəza sektorunda israilli hərbçilərlə toqquşmalarda 16 fələstinli xəsarət alıb.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidraya istinadən məlumat yayıb.

“Bölgənin şərq sərhədlərində İsrail hərbçiləri ilə qarşıdurmada 16 fələstinli yaralanıb”, - deyə əl-Kidra bildirib.

“Maan” agentliyi isə yazır ki, həmin Fələstin sakinləri gözyaşardıcı qaz və rezin güllələrdən istifadə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların arasında jurnalist və tibb xidmətinin qadın əməkdaşı da olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR