• DÜNYA

    20:43 5 may 2019

Qəzza Zolağında son iki gündə 3 israilli, 16 fələstinli həlak olub 

Şənbə günündən bəri İsrail ordusunun Qəzza Zolağına endirdiyi raket zərbələrindən ölən fələstinlilərin sayı 16-ya çatıb.

ONA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, həlak olanlar arasında bir hamilə qadın və onun 14 aylıq qızı da olub.

Fələstin silahlı qruplaşmalarının endirdiyi atəş zərbələri nəticəsində isə İsrail tərəfindən 3 nəfər dünyasını dəyişib, onlardan biri fələstin əsillidi.

ONA

Teqlər:

SON XƏBƏRLƏR