Qırğızıstan parlamentinin sabiq spikeri Mukar Çolponbayev yeni növ koronavirusdan (COVİD 1-9) ölüb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, mayın 5-də Qırğızıstan Respublika Kliniki İnfeksiya Xəstəxanasına yerləşdirilmiş M. Çolponbayev bu gün həyatını itirib.
M. Çolponbayev Qırğızıstan Ədliyyə naziri, deputat olub, 1995-1996-cı illərdə parlamentə rəhbərlik edib.