Tacikistanla sərhəddəki silahlı qarşıdurma bölgəsindən 33 mindən çox Qırğızıstan vətəndaşı təxliyə edilib.
APA TASS-a istinadən bildirir ki, bunu bu gün Bişkekdəki brifinqdə Respublikanın səhiyyə və sosial inkişaf nazirinin müavini Aliza Soltonbekova söyləyib.
Nazir müavini bildirib ki, ümumilikdə 33.388 nəfər təxliyə edilib. Onun sözlərinə görə, bunlardan 19,2 mini uşaq və yeniyetmələrdir.