ABŞ-ın Luiziana ştatı 1932-1933-cü illərdə Ukrayna xalqına qarşı törədilmiş Qolodomor (aclıq) aktını soyqırımı kimi tanıyıb.
ONA-nın verdiyi xəbərə görə, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Səfirlik nümayəndələri bildirib ki, həmin qərarla Luiziana qubernatoru Con Bell Edvards Qolodomor aktının 85-ci ildönümü ərəfəsində çıxış edib.
Qeyd edək ki, 2018-ci ilin sonlarında Ukrayna prezidenti Petro Poroşenko Qolodomora görə məsuliyyəti SSRİ-nin varisi olan Rusiyanın daşıdığını bəyan edib.