• DÜNYA

    22:40 9 may 2019

"Qovorit Moskva" radiostansiyasının baş redaktoru Sergey Dorenko yol qəzasında ölüb - VİDEO

Rusiyanın məşhur jurnalisti Sergey Dorenko vəfat edib.

ONA “RİA Novosti”yə istinadla xəbər verir ki, o motosikletlə hərəkət edərkən yıxılıb.

Belə ki, jurnalistin qəflətən özünü pis hiss etməsi qəzaya səbəb olub. Qəza nəticəsində alığı ağır xəsarətlər S.Dorenkonun ölüm səbəbi kimi də bildirilir.

Qeyd edək ki, S.Dorenko “Danışır Moskva” raidostansiyasnın baş redaktoru idi. O, 1959-cu ildə Kerçdə anadan olub. 1982-ci ildə Moskvaya köçən jurnalist Rusiyanın VQTRK, RTR və NTV telekanallarında - aparıcı və icmalçı kimi çalışıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR