Prezidentliyə sabiq namizəd Qriqol Vaşadze Gürcüstan Vahid Milli Hərəkat Partiyasının sədri seçilib.
ONA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bu gün keçirilən qurultayda Q. Vaşadze sədr postuna yeganə namizəd olub.
Qeyd edək ki, Vahid Milli Hərəkat Partiyasının sədri 2017-ci ilə qədər Mixail Saakaşvili olub. Qanunvericiliyə əsasən, başqa ölkənin vətəndaşı olduğu üçün M. Saakaşviliyə Gürcüstanda siyasi proseslərdə iştirak qadağan olunub. Bu səbəbdən də indiyə qədər Vahid Milli Hərəkat Partiyasının sədri postu boş qalıb.