Venesuelada müxalifətin lideri Xuan Quaydo parlamentdən fövqəladə vəziyyət rejimini elan etməyi xahiş edəcək.
ONA-nın TASS-a istinadən yaydığı xəbərə görə, buna səbəb ölkənin elektrik enerjisi böhranı ilə üzləşməsidir.
Quaydo deyib ki, fövqəladə vəziyyətin tətbiqi beynəlxalq ictimaiyyət üçün Venesuelaya kömək etmək imkanı yaradacaq. Onun sözlərinə görə, elektrik enerjisi böhranından fərdi biznes $400 mln itirib.
Qeyd edək ki, Venesualada bir neçə gündür ki, elektrik enerjisi təminatında böhran yaranıb.