• DÜNYA

    04:40 5 mart 2019

Quaydo Venesuelaya qayıdıb 

Venesuela müxalifətinin lideri, özünü prezident elan etmiş Xuan Quaydo Venesuelaya qayıtdığını bəyan edib.

ONA-nın “Reuters”-ə istinadən yaydığı xəbərinə görə, o Karakasdakı mitinqdə göstərdiyi pasportda sərhəd qeydiyatı haqqında möhürü nümayiş etdirib.

Hava limanından paytaxta Quaydonu ABŞ, Fransa, Almaniya, İspaniya və digər ölkələrin diplomatları müşayiət ediblər.

O, ölkə sakinlərini yenidən mitinqlərə çağırıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR