• DÜNYA

    19:43 28 iyun 2020

Qudni Yohannesson yenidən İslandiya prezidenti seçilib

Qudni Yohannesson yenidən İslandiya prezidenti seçilib.

ONA-nın xəbərinə görə, bu barədə RÚV teleradiokompaniyası məlumat yayıb.

İslandiyada prezident seçkiləri iyunun 27-də keçirilib, seçici fəallığı 66,9 faiz (168 min 821 seçici) olub. Q. Yohannesson seçicilərin 92,2 faizinin səsini alıb.

Q. Yohannessonun qələbəsi gözlənilməz olmayıb. Heç bir partiyada təmsil olunmayan 52 yaşlı siyasətçi seçkilərin favoriti olub. Q. Yohannessonun rəqibi, biznesmen və siyasətçi Qudmundur Franklin Yonssona seçicilərin yalnız 7,8 faizi səs verib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR