BMT-nin baş katibi Antoniu Quterreş Liviya milli ordusunun feldmarşalı Xəlifə Həftarın rəhbərliyi altında paytaxt Tripoliyə yönələn aviazərbələri qınayıb və bütün hərbi hərəkətlərin dayandırılmasına çağırıb.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə aprelin 8-də yayılmış bəyanatda deyilir.
“Baş katib hərbi gərginliyi, daxildə və Tripoli ətrafında, eləcə də hava məkanında davam edən toqquşmaları, bu gün Liviya milli ordusu tərəfindən Mitiqdəki aeroporta edilmiş hava hücumlarını dərindən qınayır və gərginliyin azaldılması, genişmiqyaslı konfliktin yatırılması üçün hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır”, - deyə məlumatda qeyd olunur.