Qvatemala məhkəməsi sabiq baş prokuror, prezidentliyə namizəd Telma Aldanın həbsinə dair qərar verib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Prensa Libre” nəşri ölkənin milli polisinə istinadən məlumat yayıb.
Belə ki, o, oğurluq, gömrük dələduzluğu və ideoloji yalanlarda ittiham olunur. Ancaq məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib. Bildirilir ki, hələ martın əvvəllərində Qvatemala prokurorları T.Aldana ilə bağlı korrupsiya faktlarının araşdırılmasına başlayıb.
Hazırda ona qarşı irəli sürülmüş ittihamlar və ya həbs ehtimalı T.Aldananın seçkilərdə iştirakına əngəl törədir. Belə ki, sabiq baş prokuror qeydiyyata alınması üçün artıq Ali Seçki Məhkəməsinə müraciət edib, ancaq hələlik namizədliyi təsdiqlənməyib.
Ölkədə prezident seçkiləri iyunun 16-da baş tutacaq.