Raul Kastro vəzifəsindən istefa verib
  • DÜNYA

  • 04:13 17 Aprel 2021

Raul Kastro vəzifəsindən istefa verib

Raul Kastro hakim Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsindən istefa verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Kuba Kommunist Partiyasının mətbu orqanı olan “Granma” qəzeti məlumat yayıb.

“İnqilaba sadiq qalaraq, məmnuniyyətlə, ölkə rəhbərliyini onilliklər təcrübəsi olan bir qrup təlim keçmiş liderə təhvil verirəm. Soydaşlarımın nümunəsinə, anlayışına və dəyərinə çox inanıram, yaşadığım müddətdə Vətəni, İnqilabı və sosializmi qorumağa hazır olacağam”, deyə Kastro vurğulayıb.

Qeyd edək ki, Raul Kastro inqilabçı Fidel Kastronun kiçik qardaşıdır. O, 2008-ci ildən 2018-ci ilədək dövlət başçısı olub. 2011-ci ildən Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik edir. Raul Kastro 1959-cu il inqilabından sonra 50 il hərbi nazir işləyib.

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR