Suriyanın Rəkka şəhərində avtomobilin partladılması nəticəsində azı 10 nəfər ölüb.
ONA xəbər verir ki, bu barədə “France-Presse” agentliyi Londonda yerləşən qeyri-hökumət təşkilatlarından birinə istinadən məlumat yayıb.
Məlumata görə, ölənlər arasında 5 nəfər dinc sakin də var. Digər 5 nəfər isə “Suriya Demokratik Qüvvələri”nin nümayəndələridir. İnsident barədə əlavə məlumat verilmir.