Rusiya ABŞ-ı Venesueladakı problemi həll etmək üçün birgə işləməyə çağırır.
ONA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.
“ABŞ-ı götür-qoy etməyə, xarici şirkətlərə və banklara qadağalar tətbiq etmək yerinə BMT-nin himayəsi altında Venesueladakı vəziyyətin beynəlxalq hüquq prinsipləri əsasında həll olunması üçün birgə çalışmağa çağırırıq”, - deyə açıqlamada qeyd olunur. XİN həmçinin ABŞ-ın “Avrofinans” və “Mosnarbank”-a qarşı tətbiq etdiyi sanksiyaları qanunsuz adlandırıb.