Rəsmi Pekin Venesuelaya hərbi müdaxilənin əleyhinədir.
ONA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsi Qen Şuan bildirib.
Onun sözlərinə görə, Venesuelaya humanitar yardım zorla edilməməlidir: “Çin Venesuelada hərbi müdaxiləyə, gərginlik və narahatlıq yarada biləcək hər hansı tədbirə qarşıdır”.