• DÜNYA

    06:55 14 aprel 2019

Rio-de-Janeyroda ölənlərin sayı 8-ə çatıb 

Braziliyanın Rio-de-Janeyro şəhərində 2 evin uçulması nəticəsində ölənlərin sayı 8-ə çatıb.

ONA TASS-a istinadən xəbər verir ki, daha 16 nəfər itkin düşüb.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Qeyd edək ki, cümə günü daşqınlar nəticəsində şəhərin Muzema rayonunda iki altımərtəbəli ev uçub.

Bundan öncə 5 nəfərin öldüyü bildirilib.

Yaxınlıqdakı binaların sakinləri evakuasiya edilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR