• DÜNYA

    02:14 5 aprel 2019

Riqanın meri vəzifəsindən kənarlaşdırılıb

Latviyanın paytaxtı Riqa şəhərinin meri Nil Uşakov istefaya göndərilib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “TASS” xəbər yayıb.

Agentlik xəbər verir ki, N.Uşakov “səlahiyyətlərini lazımınca yerinə yetirmədiyinə və normativ aktların pozuntusuna görə” vəzifəsindən kənarlaşdırılıb. Bildirilir ki, belə bir qərar Latviyanın regional inkişaf naziri Yuris Putse tərəfindən verilib.

Qeyd edək ki, N.Uşakov həmin vəzifəyə 10 il əvvəl təyin olunmuşdu.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR